❓ Sual: Bir nəfər etiqad edir ki, Yezid bin Muaviyə, əl-Hüseyn bin Əli’nin – radiyallahu anhumə - öldürülməsini əmr etmişdir, bu seçimi etmiş və buna məcburi yox, könüllü olaraq razı olmuşdur. Bu işə təqlid etdiyi kəslərdən bəzi rəvayət edilmiş hədislər gətirir. O, bu məsələdə israrlıdır, (Yezidi) söyür və buna görə ona lənət edir. Bu barədə alimlərin cavabı lazımdır ki, onu bu işindən çəkindirsin və ya onun üçün hüccət olsun.
Cavab: Onun (əl-Hüseyni) – radiyallahu anhu – öldürməyi əmr etməsi bizə_ _görə səhih deyildir və bizə səhih yolla gəlib çatmış xəbərlərə görə onun – kərraməhullah – ölümünə səbəb olmuş döyüşü əmr edən İraqın o zamankı valisi Ubeydullah bin Ziyaddır.
Yezidi söyməyə və ona lənət etməyə gəldikdə isə bu, möminlərin halına yaraşmır. Belə ki, əgər onu öldürdüyü və ya öldürülməsini əmr etdiyi səhih olsa belə səhih bir həsidə gəlib ki,
“müsəlmana lənət etmək onu öldürmək kimidir”
📚[əl-Buxari, 6047]
və əl-Hüseyn’in – radiyallahu anhu - qatili bununla kafir olmur. Sadəcə olaraq böyük günah etmiş olur. Öldürmək ilə yalnız peyğəmbərlərdən bir peyğəmbəri öldürən kafir ola bilər. İnsanlar Yezidə münasibətdə üç firqədir:
Bir firqə onu sevir, onu vəlilərdən sayırlar, digər firqə isə onu söyür və ona lənət oxuyur. Bunda orta ölçülü olan firqə isə nə onu sevmir, nə də ona lənət etmir. Rəşidi xəlifələrdən savayı digər müsəlman krallar, xəlifələrə və onların bənzərlərinə göstərilən münasibəti ona da göstərirlər. Doğru olan bu firqədir və keçmişdəkilərin həyatını tanıyanlara, pak şəriətin qaydalarını bilənlərə layiq olan məzhəb bu məzhəbdir. Allah bizi bu şəriət əhlinin ən xeyirlilərindən etsin!
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Mənbə:
📚“Fətəva va Məsəil İbnis-Saləh”, səh: 216-219;
📚Dar əl-Mərifə, birinci nəşr: 1406/1986, Beyrut

Hiç yorum yok:
Yorum Gönder