24 Nisan 2020 Cuma

Səhər və Axşam zikirləri

Səhər və axşam zikrləri[1]

الْحَمْدُ لِلَّهِ وَحْدَهُ، وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ

[Əlhəmdulilləhi vəhdəhu vəs-salatu vəs-səlamu alə mən lə nəbiyyə bə'dəhu]

«Bir olan Allaha həmd olsun! Özündən son­ra Peyğəmbər olmayan kimsəyə (Muhəmmə­də) salavat və salam olsun!»

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənim üçün sübh namazından günçıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir». Əbu Davud, 3667. Bu hə­disi əl-Albani «həsən» hesab etmişdir. Bax: «Səhih Əbu Davud», 2/698.


75 - Səhər və Axşam [Əuzu billəhi minəş-şeytanir-racim] deyib Kursi ayəsini bir dəfə oxumaq.[2]

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ۚ لَا تَأْخُذُهُۥ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَىْءٍ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ ۖ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا ۚ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ [٢:٢٥٥]

   «Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.»


76 - Səhər və Axşam əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq.[3]

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ [١١٢:١] ٱللَّهُ ٱلصَّمَدُ [١١٢:٢] لَمْ يَلِدْ وَلَمْ يُولَدْ [١١٢:٣] وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ [١١٢:٤]

Mərhəmətli və Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah Möh­tac deyildir. O, nə doğub, nə də doğulub, Onun bənzəri də yoxdur» (əl-İxlas)

 

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ [١١٣:١] مِن شَرِّ مَا خَلَقَ [١١٣:٢] وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ [١١٣:٣] وَمِن شَرِّ ٱلنَّفَّـٰثَـٰتِ فِى ٱلْعُقَدِ [١١٣:٤] وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ [١١٣:٥]

Mərhəmətli və Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zül­mətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!» (əl-Fələq)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ [١١٤:١] مَلِكِ ٱلنَّاسِ [١١٤:٢] إِلَـٰهِ ٱلنَّاسِ [١١٤:٣] مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ [١١٤:٤] ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ [١١٤:٥] مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ [١١٤:٦]

Mərhəmətli və Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökm­darına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəki­lən şeyta­nın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!» (ən-Nas)


77 - أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ، لاَ إِلَـهَ إِلاَّ للَّهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرُ. رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِيْ هَذَا الْيَوْمِ وَخَيْرَ مَا بَعْدَهُ، وَأَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا فِيْ هَذَا الْيَوْمِ وَشَرِّ مَا بَعْدَهُ، رَبِّ أَعُوْذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوْءِ الْكِبَرِ، رَبِّ أَعُوْذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي الْقَبْرِ

Səhər: [Əsbəhnə və əsbəhəl-mulku lilləh, vəl­həmdulilləh. Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həm­du və huvə alə kulli şeyin qadir. Rabbi əs'əlukə xayra mə fi həzəl-yəumi və xayra mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu. Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin fil-qabr]

«Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yox­dur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri dilə­yirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qo­calıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhən­nəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!»[4]

[Axşam isə: (Əsbəhnə və əsbəhəl-mulku lil­ləh) əvəzinə (Əmsəynə və əmsəl-mulku lilləh; (Rabbi əs'əlukə xayra mə fi həzəl-yəumi və xayra mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu) əvəzinə (Rabbi əs'əlukə xayra mə fi həzihil-leyləti və xayra mə bə'dəhə, və əuzu bikə min şərri mə fi həzihil-leyləti və şərri mə bə'dəhə) deyilir.]

أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ وَالْحَمْدُ لِلَّهِ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ، رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِيْ هَذِهِ اللَّيْلَةِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا فِيْ هَذِهِ اللَّيْلَةِ وَشَرِّ مَا بَعْدَهَا، رَبِّ أَعُوْذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوْءِ الْكِبَرِ، رَبِّ أَعُوْذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي الْقَبْرِ

 


78 - اَللَّهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ

Səhər: [Allahummə, bikə əsbəhnə, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur]

«Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq,[5] Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sə­nədir!»[6]

Axşam isə belə deyilməlidir: [Allahummə, bikə əmsəynə, və bikə əsbəhnə, və bikə nəhyə, və bikə nəmutu, və ileykəl-məsiyr.] «Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sa­yən­də səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayən­də ölürük! Dönüş Sənədir!»

اَللَّهُمَّ بِكَ أَمْسَيْنَا، وَبِكَ أَصْبَحْنَا،وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ الْمَصِيْرُ


79 - اَللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ بِذَنْبِي، فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ

Səhər və Axşam: [Allahummə, əntə rabbiy lə ilahə illə əntə, xaləqtəniy və ənə abdukə, və ənə alə ah­dikə və və'dikə məs-tətə'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'məti­kə aleyyə, və əbu'u bizənbiy. Fəğfir liy fə­innə­hu lə yəğfiruz-zunubə illə əntə]

«Allahım! Sən mənim Rəbbimsən. Sən­dən başqa mə­bud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sə­nə verdiyim əhdə və vədə sa­diqəm. Etdikləri­min şərindən Sənə sığınıram. Mənə ver­diyin neməti etiraf edirəm və günahımı boynuma alı­ram. Məni bağışla! Şübhəsiz ki, günahları yal­nız Sən bağış­layırsan!»[7]


80 - اَللَّهُمَّ إِنِّي أَصْبَحْتُ أُشْهِدُكَ وَأُشْهِدُ حَمَلَةَ عَرْشِكَ، وَمَلاَئِكَتَكَ وَجَمِيعَ خَلْقِكَ، أَنَّكَ أَنْتَ للَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ وَحْدَكَ لاَ شَرِيكَ لَكَ، وَأَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُولُكَ

Səhər: [Allahummə, inniy əsbəhtu uşhidu­kə və uşhidu həmələtə arşikə və məlaikə­təkə və cəmiya xalqikə ənnəkə əntəllahu lə ilahə illə əntə vəhdəkə lə şərikə ləkə və ənnə Muhəm­mədən abdukə və rasulukə]

«Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Mu­həmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıx­dım[8]!» (Dörd dəfə)[9]

Axşam isə : (Allahummə inniy əsbəhtu) əvəzinə (Allahum­mə inniy əmsəytu...) deyir.

اَللَّهُمَّ إِنِّيْ أَمْسَيْتُ أُشْهِدُكَ وَأُشْهِدُ حَمَلَةَ عَرْشِكَ، وَمَلاَئِكَتَكَ وَجَمِيْعَ خَلْقِكَ، أَنَّكَ أَنْتَ للَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنْتَ وَحْدَكَ لاَ شَرِيْكَ لَكَ، وَأَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُوْلُكَ


81 - اَللَّهُمَّ مَا أَصْبَحَ بِي مِنْ نِعْمَةٍ أَوْ بِأَحَدٍ مِنْ خَلْقِكَ فَمِنْكَ وَحْدَكَ لاَ شَرِيكَ لَكَ، فَلَكَ الْحَمْدُ وَلَكَ الشُّكْرُ

Səhər: [Allahummə, mə əsbəhə biy[10] min ni'mətin əu biəhədin min xalqikə fə minkə vəhdəkə lə şərikə ləkə fələkəl-həmdu və ləkəş-şuk­ru]

«Allahım! Bu səhər [axşam] mənə və ya yaratdıqlarından hər hansı birinə verdiyin ne­mət Səndəndir. Sən Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!»[11]

Axşam isə : (Allahummə mə əsbəhə biy...) əvəzinə (Allahum­mə mə əmsə biy...) deyir.


82 - اَللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اَللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اَللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لاَ إِلَهَ إِلاَّ أَنْتَ. اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ، وَالْفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ

Səhər və Axşam: [Allahummə, afiniy fi bədəniy. Allahummə, afiniy fi səm'iy. Allahummə, afiniy fi bəsariy. Lə ilahə illə ənt. Allahummə, inniy əuzu bikə minəl-kufri vəl-fəqri, və əuzu bikə min əzabil-qabri, lə ilahə illə ənt]

«Allahım! Bədənimi salamat et! Allahım! Qulağımı salamat et! Allahım! Gözü­mü salamat et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığı­nıram. Qə­bir əzabından Sənə sığını­ram. Sən­dən başqa məbud yoxdur!» (üç dəfə)[12]


83 - حَسْبِيَ اللَّهُ لَآ إِلَهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ. (سَبْعَ مَرّاتٍ)

Səhər və Axşam: [Həsbiyəllahu lə ilahə illə huvə aley­hi təvəkkəltu və huvə rabbul-arşil-azim]

 

«Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!» (yeddi dəfə)[13]

 


84 - اَللَّهُمَّ إِنِّيْ أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي الدُّنْيَا وَاْلآخِرَةِ، اَللَّهُمَّ إِنِّيْ أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِيْنِيْ وَدُنْيَايَ وَأَهْلِيْ وَمَالِيْ اَللَّهُمَّ اسْتُرْ عَوْرَاتِى وَآمِنْ رَوْعَاتِى. اَللَّهُمَّ احْفَظْنِيْ مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِيْ، وَعَنْ يَمِيْنِيْ وَعَنْ شِمَالِيْ، وَمِنْ فَوْقِيْ، وَأَعُوْذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِيْ

Səhər və Axşam: [Allahummə, inniy əs'əlukəl-afvə vəl-afi­yətə fid-dunya vəl-axira. Allahum­mə, inniy əs'əlukəl-afvə vəl-afiyətə fi diy­niy və dun­yayə və əhliy və maliy. Allahumməstur au­ratiy və amin rauatiy. Allahumməhfəzniy min bəyni yədeyyə və min xalfiy və an yəmiyniy və an şimaliy və min fəuqiy və əuzu biazə­mətikə ən uğ­talə min təhtiy]

«Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Alla­hım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Alla­hım! Məni önümdən, arxamdan, sağımdan, solum­dan və başımın üstündən qoru. Ayağımın altı­nın qazılmasından Sənin əzəmətinə sığını­ram!»[14]

 


85 - اَللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ فَاطِرَ السَّمَاوَاتِ وَاْلأَرْضِ، رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيْكَهُ، أَشْهَدُ أَنْ لاَ إِلَـهَ إِلاَّ أَنْتَ، أَعُوْذُ بِكَ مِنْ شَرِّ نَفْسِيْ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِيْ سُوْءًا أَوْ أَجُرُّهُ إِلَى مُسْلِمٍ

Səhər və Axşam: [Allahummə, aliməl-ğaybi vəş-şə­ha­dəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məliykəhu. Əşhədu ən lə ilahə illə ənt. Əuzu bikə min şərri nəfsiy və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsiy suən əu əcurrəhu ilə muslimin]

«Göyləri və yeri yaradan, qeybdə və aş­karda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərin­dən, şeytanın şərindən və şirkindən, özümə pislik etmək­dən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığı­nıram!»[15]

 


86 - بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الَْأرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ.

Səhər və Axşam: [Bismilləhil-ləzi lə yədurru məa is­mihi şeyun fil-ardı və lə fis-səmai və hu­vəs-səmiul-alim]

«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Bilən­dir!» (üç dəfə)[16]

 


87 - رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِيناً، وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيَّاً.

Səhər və Axşam: [Radiytu billəhi rabbən, və bil-isla­mi diynən, və bi Muhəmmədin (səllallahu aleyhi və səlləm) nəbiyyən]

«Allahın Rəbb, İslamın din və Muhəm­mədin səllallahu aleyhi və səlləm peyğəm­bər olduğun­dan razıyam!» (üç dəfə)[17]

 


88 - يَاحَيُّ، يَا قَيُّومُ، بِرَحْمَتِكَ أَسْتَغِيثُ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، وَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ

Səhər və Axşam: [Ya həyyu, ya qayyum! Birahmətikə əstə­ğiysu, əslih liy şə'niy kulləhu və lə tə­kilniy ilə nəfsiy tarfətə aynin]

«Ey [əbədi]  Yaşayan, ey Qəyyum [kai­natı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və on­ları qoruyan]! Mər­həmətinlə kömək dilə­yirəm. Mənim bütün işlə­rimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!»[18]


89 - أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ رَبِّ الْعَالَمِيْنَ، اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ هَذَا الْيَوْمِ فَتْحَهُ، وَنَصْرَهُ وَنُوْرَهُ، وَبَرَكَتَهُ، وَهُدَاهُ، وَأَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا فِيْهِ وَشَرِّ مَا بَعْدَهُ

Səhər: [Əsbəhnə və əsbəhəl-mulku lilləhi Rabbil aləmin.[19] Allahummə, inniy əs'əlu­kə xayra həzəl-yəumi:[20] fəthəhu və nəsra­hu və nurahu və bərakatəhu və hudəhu və əuzu bikə min şərri mə fiyhi və min şərri mə bə'dəhu]

«Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın ola­raq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini – qələbəsini, zəfərini, nuru­nu, bərəkətini və hidayətini dilə­yirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığını­ram!»[21]

Axşam isə: (Əsbəhnə və əsbəhəl-mulku lilləhi Rabbil aləmin) əvəzinə (Əmsəynə və əmsəl-mulku lilləhi Rabbil alə­min) deyir. (Allahummə, inniy əs'əlu­kə xayra həzəl-yəumi) əvəzinə isə (Allahummə, inniy əs'əlukə xayra həzihil-leylə­ti: fəthəhə və nəsrahə və nurahə və bərakatəhə və hudəhə və əuzu bikə min şərri mə fiyhə və min şərri mə bə'dəhə) deyir.


90 - أَصْبَحْنَا عَلَى فِطْرَةِ اْلإِسْلاَمِ وَعَلَى كَلِمَةِ اْلإِخْلاَصِ، وَعَلَى دِيْنِ نَبِيِّنَا مُحَمَّدٍ صَلَّى للَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَعَلَى مِلَّةِ أَبِيْنَا إِبْرَاهِيْمَ، حَنِيْفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِيْنَ

Səhər: [Əsbəhnə alə fitratil-islami,[22] və alə kəli­mətil-ixlasi, və alə diyni nəbiyyinə Muhəm­mədin (səllallahu aleyhi və səl­ləm) və alə milləti əbiynə İbrahiymə hə­niy­fən muslimən və mə kənə minəl-muş­rikin]

«İslam fitrətində, ixlas kəlməsində, Pey­ğəmbərimiz Muhəmmədin səllallahu aleyhi və səlləm dinində, hənif [ixlasla Allaha ibadət edən], müsəlman ola­n və müşriklərdən ol­mayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!»[23]

 

Axşam isə: (Əsbəhnə alə fitratil-islami) əvəzinə (Əmsəy­nə alə fitratil-islami...) deyir.


91 - سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ.

Səhər və Axşam: [Subhanəllahi və bihəmdihi]

«Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» (yüz dəfə)[24]


92 - لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Səhər və Axşam: [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]

«Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (on dəfə)[25] yaxud (tənbəllik üz verdikdə bir dəfə)[26]

 


93 - لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Səhər və Axşam: [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]

«Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (səhər yüz dəfə)[27]


94 - سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ، وَرِضَا نَفْسِهِ، وَزِنَةَ عَرْشِهِ وَمِدَادَ كَلِمَاتِهِ.

Səhər: [Subhənəllahi və bihəmdihi, adədə xal­qihi, və rıda nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi]

«Yaratdıqlarının sayı, Özünün razı ol­duğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!» (səhər üç dəfə)[28]


95 - اَللَّهُمَّ إِنِّيْ أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا طَيِّبًا، وَعَمَلاً مُتَقَبَّلاً

Səhər: [Allahummə, inniy əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mu­təqabbələn]

«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» (hər səhər)[29]


96 - أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ.

Səhər və Axşam: [Əstəğfirullahə və ətubu ileyhi]

«Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» (gün ərzində yüz dəfə)[30]


97 - أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ.

Axşam: [Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq]

«Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!» (axşam üç dəfə)[31]


98 - اَللَّهُمَّ صَلِّ وَسَلِّمْ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ. (عشرَ مرَّاتٍ)

Səhər və Axşam: [Allahummə, salli və səllim alə nə­biyyinə Muhəmmədin]

«Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!» (on dəfə)[32]

 



[1] Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənim üçün sübh namazından günçıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir». Əbu Davud, 3667. Bu hə­disi əl-Albani «həsən» hesab etmişdir. Bax: «Səhih Əbu Davud», 2/698.

[2] əl-Bəqərə, 255. Kim bunu səhər desə, axşamadək, kim də axşam desə, səhərədək cindən qorunmuş olar. əl-Hakim, 1/562. əl-Albani bunu “səhih” hesab etmişdir. «Səhihut =   = Tərğib vət-Tərhib», 1/273. O, ən-Nəsainin və ət-Təbəraninin də bu hədisi rəvayət etdiyini söyləmiş və demişdir: «ət-Təbəraninin isnadı “ceyyid”dir».

[3] Kim bunları səhər və axşam üç dəfə oxusa, hər şeydən (hər bir şərdən qorunmaq üçün) kifayət edər! Əbu Davud, 4/322; ət-Tirmizi, 5/567. Bax: «Səhihu-t-Tirmizi», 3/182.

[4] Muslim, 4/2088.

[5] Axşam isə belə deyilməlidir: [Allahummə, bikə əmsəynə, və bikə əsbəhnə, və bikə nəhyə, və bikə nəmutu, və ileykəl-məsiyr.] «Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sa­yən­də səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayən­də ölürük! Dönüş Sənədir!»

[6] ət-Tirmizi, 5/466. Bax: «Səhihu-t-Tirmizi», 3/142

[7] Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin. əl-Buxari, 7/150.

[8] Axşam isə: (Allahummə inniy əsbəhtu) əvəzinə (Allahum­mə inniy əmsəytu...) deyir.

[9] Kim bunları səhər və ya axşam dörd dəfə desə, Allah onu Oddan xilas edər. Əbu Davud, 4/317; əl-Buxari, «Ədəbul-Mufrad», 1201; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», =     = № 9; İbn əs-Sunni, № 70. Əllamə Abdul­aziz ibn Abdullah ibn Baz Əbu Davudun və ən-Nəsainin isnadını “həsən” hesab etmişdir. Bax: «Tuhfətul-Əxyar», səh. 23. [əl-Albani bu hədisi “zəif” hesab etmişdir. Bax: « Silsilətul-Əhadisi-d-Daiyfə », 1041.]

[10] Axşam isə: (Allahummə mə əsbəhə biy...) əvəzinə (Allahum­mə mə əmsə biy...) deyir.

[11] Kim bunu səhərə çıxanda desə, gündüzün şükrünü, axşama çıxanda desə, gecənin şükrünü ödəmiş olar. Əbu Davud, 4/318; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», № 7, səh. 137; İbn əs-Sunni, № 41, səh. 23; İbn Hibban, «Məvarid», =        = № 2361; İbn Baz bu hədisin isnadını “həsən” hesab etmişdir. Bax: «Tuhfətul-Əx­yar», səh. 24.

[12] Əbu Davud, 4/324; Əhməd, 5/42; ən-Nəsai, «Əməlul-Yəu­mi vəl-Leyl», №22, səh. 146; İbn əs-Sunni, № 69, səh. 35; =  = əl-Buxari, «Ədəbul-Mufrad», 701 İbn Baz bu hədisin isna­dını “həsən” hesab etmişdir. Bax: «Tuhfətul-Əx­yar», səh. 26. [əl-Albani bu hədisi “həsən” hesab etmişdir. Bax: «Tə­mamul-Minnə», cəh. 232]

[13] Kim bunu səhər və axşam yeddi dəfə deyərsə, Allah ona başına gələcək dünya və Axirət işlərində kifayət edər. Bu hədisi İbn əs-Sunni «məuquf» olaraq rəvayət etmiş № 71; Əbu Davud isə «mərfu» olaraq rəvayət etmişdir 4/321. Şu­eyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isna­dı­nı «səhih» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdul­qadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/376.

[14] Əbu Davud və İbn Macə; Bax: «Səhih İbn Macə», 2/332.

[15] ət-Tirmizi və Əbu Davud. Bax: «Səhihu-t-Tirmizi», 3/142.

[16] Kim bunu səhər üç dəfə və axşam da üç dəfə deyərsə, ona heç bir şey zərər toxundura bilməz. Əbu Davud 4/323; ət-Tirmizi 5/465; İbn Macə və Əhməd. Bax: «Səhih İbn Macə» 2/332. Bu hədisin isnadını İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətul-Əxyar» səh. 39.

[17] Kim bunu səhər 3 dəfə, axşam da üç dəfə deyərsə Qiyamət günü onun razı salınması Allah üzərində haqq olar. Əhməd, 4/337; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», № 4. İbn əs-Sunni, № 68. Əbu Davud 4/418; ət-Tirmizi, 5/465. Bax: «Səhihu-t-Tirmizi», 3/141. Bu hədisi Abdulaziz İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətil-əxyar» səh. 39.

[18] əl-Hakim. O, bu hədisi “səhih” hesab etmiş, əz-Zəhəbi də bunu təs­diqləmişdir. 1/545. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/273.

[19] Axşam isə «Əmsəynə və əmsəl-mulku lilləhi Rabbil alə­min» deyilir.

[20] Axşam isə «Allahummə, inniy əs'əlukə xayra həzihil-leylə­ti: fəthəhə və nəsrahə və nurahə və bərakatəhə və hudəhə və əuzu bikə min şərri mə fiyhə və min şərri mə bə'dəhə» deyi­lir.

[21] Əbu Davud, 4/322. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «həsən» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/273.

[22] Axşam isə: (Əsbəhnə alə fitratil-islami) əvəzinə (Əmsəy­nə alə fitratil-islami...) deyir.

[23] Əhməd, 3/406, 407 və 5/123; İbn əs-Sunni, «Əməlul-Yəumi vəl-Leyl», № 34. Bax: «Səhihul-Cami», 4/209.

[24] Kim bunu səhər və axşam yüz dəfə deyərsə Qiyamət günü heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. =  = Yalnız o şəxsdən başqa ki, o bunu onun kimi və ya ondan çox demişdir. Muslim, 4/2071.

[25] Ən-Nəsai «Əməlul-Yəumi vəl-Leyl», № 24. Bax: «Səhi­hut-Tərğib vət-Tərhib», 1/272; Abduləziz İbn Bazın «Tuh­fə­tul-Əxyar» əsəri səh. 44. Bunun fəziləti barəsində isə bax: səh. 146, № 255.

[26] Əbu Davud 4/319; İbn Macə və Əhməd 4/60. Bax: «Səhi­hut-Tərğib vət-Tərhib», 1/270;  «Səhih Əbu Davud» 3/957;  «Səhih İbn Macə» 2/331; «Zadul-Məad» 2/377.

[27] Kim bunları bir gündə yüz dəfə desə, bu onun üçün on qulu azad etməyə bərabər olar, ona yüz savab yazılar, onun yüz günahı silinər, axşamadək də şeytandan qorunmuş olar və [Qiyamət günü] heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu ondan çox etmişdir. əl-Buxari, 4/95. Muslim, 4/2071.

[28] Muslim, 4/2090.

[29] İbn əs-Sunni, «Əməlul-Yəumi vəl-Leyl», № 54; İbn Macə № 925. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hə­disin isnadını «Zadul-Məad» əsərinin təhqiqində (2/375) «həsən» hesab etmişlər.

[30] «Fəthul-Bari», 11/101; Muslim, 4/2075.

[31] Kim bunu axşam üç dəfə deyərsə, həmin gecə ona qız­dır­ma toxunmaz. Bu hədisi Əhməd 2/290; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», № 590; İbn əs-Sunni, № 68 rəvayət et­mişlər. Bax: «Səhihu-t-Tirmizi», 3/187; «Səhih İbn Macə» 2/266; «Tuhfətul-Əxyar» səh. 45. Hədisin əsli Muslimdədir, 4/2080.

[32] «Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətir­sə, Qiyamət günü şəfaətim ona çatar». Bu hədisi ət-Təbərani iki isnadla rəvayət etmişdir. Bu isnadlardan biri “ceyyid”dir. Bax: «Məcməuz-Zəvaid», 10/120; «Səhihut-Tərğib vət-Tər­hib», 1/273.

 

 

Hiç yorum yok:

Yorum Gönder