🔴 ÖLƏN KƏSƏ "ALLAHIN CİVARINA KÖÇDÜ" DEMƏK
🇸 🇺 🇦 🇱
Bəzi kəslərin "fılankəs Rəbbinin himayəsinə köçdü" sözlərinin hökmü nədir?
🇲 🇺 🇫 🇹 🇮
Şeyx Abdurrahmən bin Nasir əl-Bərrak
🇨 🇦 🇻 🇦 🇧
Allaha həmd olsun!
Bəzi insanların "fılankəs Rəbbinin civarına (himayəsinə və ya yanına) və ya Allahın civarına köçdü" sözlərini söyləmələri caiz deyildir. Çünki "civar" sözü "car" sözündən əmələ gəlir. "Car" sözü isə bəzən yaxında yaşayan biri (qonşu) üçün, bəzən də başqasından sığınacaq istəyən biri üçün işlədilən bir sözdür. Əgər "Allahın civarına köçdü" deyələrsə bunun mənası "Cənnət sakinləri arasında Allahın bir qonşusu oldu" anlamına gəlir. Bu isə öz növbəsində həmin kimsə üçün cənnətlik olmasına şahidlik etməkdir. Ya da mənası belə olur ki, Allahın yanında sığınacaq sahibi oldu, yəni Allah onu cəhənnəmdən himayə etdi. Bu, həm də birinci mənanın da nəticəsidir. Çox vaxt insanlar birinci mənanı qəsd edirlər. Onların buna bənzər başqa sözlərindən biri də budur: "Fılankəs Allahın rahmətinə köçdü". Lakin "inşəAllah" deməsi istisnadır. Bütün bunlardan xeyirlisi bağışlanması, rəhm olunması, qurtulması və cənnəti qazanması üçün ona dua etməkdir. Doğrusunu Allah bilir!
-------------------------------------
🅜🅔🅝🅑🅔
http://albrrak.net/index.php?option=com_ftawa&task=view&id=33067
Hiç yorum yok:
Yorum Gönder