29 Nisan 2020 Çarşamba

Günəşi Dayandıra Bilsən Danışarıq


Bəzi insanlar vaxtlarını hədər edəcək yer axtarırlar. Bunun üçünde özləri kimi boş zənn elədikləri bəzi insanların qapılarını vurarlar. Onlar qarşı tərəfin nə halda olduğunu, işlərinin olup-olmadığını düşünməzlər Onları da həmişə özləri kimi boş zənn-edərlər. Bir araya gəldiklərində də İslam haqqında faydalı olan bir şey deyil həmişə ‘o belə etmiş, bu belə danışmış’ şəklində boş söz və boş düşüncələrlə zamanlarını və qarşı tərəfin zamanını qətledərlər. Bu insanlara, Tabiîn dövrünün önəmli şəxsiyyətlərindən birisi olan Amir b. Abdikays rahiməhullah’ın bir şəxslə aralarında keçən bu mövzunu yazmaqım yararlı olacağını düşünürəm:

Bir gün adamın biri Amir b.Abdikays’a gələrək özü ilə danışmaq istədiyini dedi. Özü ilə danışmaq istəyən bu adama Amir rahiməhullah belə cavab verir: “Günəşi dayandıra bilsən səninlə danışaram!”

Amir rahiməhullah’ın bu cavabı həqiqətən çox təəccüblüdür, bir o qədər də düşündürücüdür.  Günəş heçbir zaman dayandığı yerdə dayanmır. Həmişə hərəkət edir. Onun hər hərəkəti bizim ömrümüzdən bi şeylər aparır. Bu o deməkdir ki, günəş dayanmırsa boş işlərlə məşğul olub o dəyərli vaxtlarmızı hədər etməyək.

Abdullah İbn Məsud radıyallâhu anh deyir ki: "Üzərinə günəşin batdiğı, ömrümün əksildiyi; ancaq əməlimin artmadığı bir günə hiss etdiyim peşmançılıq qədər heç bir şeyə peşmançılıq hiss etmədim."
---------------------------------------------------------
✍🏻Faruk Furkan { İbrahim Gadban }
📚 Yön verən Yazılar

Hiç yorum yok:

Yorum Gönder