29 Nisan 2020 Çarşamba

HƏR ORUC ÜÇÜN GECƏ NİYYƏT ETMƏK LAZIMDIR?

ʜ ᴀ ᴢ ɪ ʀ ʟ ᴀ ᴅ ɪ: t.me/al_furqaann kanal birliyi

🅢🅤🅐🅛:
Hər oruc üçün axşam niyyət etmək lazımdırmı?

ᴄᴀᴠᴀʙ ᴠᴇʀᴅɪ
Şeyx Muhamməd bin İbrahim Al əş-Şeyx

🅒🅐🅥🅐🅑:
Oruc üçün axşam niyyət etməyin vacibliyi hər gün vacibdir, əksər alimlərin görüşü budur. Əbu Hənifə və onun kimi düşünənlər gecə oruc üçün niyyət etməyi vacib görmürlər. Onlar bu görüşlərini ona əsaslandırırlar ki, bu barədə gəlmiş iki hədisin sənədində mübahisə vardır. İbnul-Qayyim’in sözündən və onun şeyxinin (yəni İbn Teymiyyənin) sözündən anlaşılır ki, onlar Əbu Hənifə ilə razılaşırlar və bunun iki səbəbi var:
• 1️⃣inci: nafilə orucları haqqında sabit olan ilə qiyas etmək
• 2️⃣inci: aşurə günündəki orucun fərziyyəti haqqındakı hekayə
Əksər alimlərin sözündəki ehtiyat daha aşkar və daha güclüdür.[1] Aşurə orucu isə əvvəl sünnət olmuş, sonra fərz buyurulmuş, sonra yenə sünnət olmuşdur.
_________________________________
[1] İmam Əhmədin məzhəbinə görə hər gecə oruc üçün niyyət etmək, niyyəti dəqiqləşdirmək vacibdir; yəni sabah ramazan orucu tutacağına və ya qəza orucu tutacağına və ya andını pozduğuna görə kəffarə üçün oruc tutacağına etiqad etməlidir. Sadəcə “vacib bir oruc tutacağına” niyyət etməsi kifayət deyildir. Sabah ramazan orucunu tutacağını qəlbindən keçirməsi kifayət edir, çünki niyyətin yeri dil deyil, qəlbdir. Eynilə əgər oruc üçün yeyib içərsə, yəni səhur niyyəti ilə yeyərsə və içərsə niyyət olaraq kifayət edir.

ᴍᴇɴʙᴇ:
•📚“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/186;
••📚Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399

1 yorum:

  1. MGM Resorts Casino Hotel and Spa - Mapyro
    View detailed information and reviews of 거제 출장마사지 MGM 수원 출장마사지 Resorts Casino Hotel and 태백 출장마사지 Spa in Maricopa, 사천 출장안마 AZ. MGM Resorts Casino Hotel and Spa is a hotel in Maricopa, Arizona. 이천 출장샵 Rating: 8.4/10 · ‎1,982 reviews · ‎Price range: $$

    YanıtlaSil