23 Nisan 2020 Perşembe

Oruclu olan şəxs oruc olduğunu unudub yemək yeyərsə

🅢 🅤 🅐 🅛 : Əgər ramazan gününün gündüz çağında bir nəfəri yemək yeyərkən görsəm və onun oruclu olduğunu unutduğunu bilirəmsə, ona xatırlatmalıyam ya yox? Çünki bəzi insanlar deyirlər ki, xatırlatmamalısan, çünki onu yedirib içizdirən Allahdır.

🅼🆄🅵🆃🅸: Abdullah bin Abdir-Rahmən bin Cibrin

🅒 🅐 🅥 🅐 🅑: Ona xatırlatmaq sənə vacibdir, çünki bu, yaxşılığı əmr edib və münkərdən çəkindirməkdir. Əgər onu yeyərkən görsən ona imsak etməyi əmr etmən vacibdir, çünki bu yaxşılıqlardan biridir. Ona yeməyi qadağan edirsən, çünki bu, münkərdir. Üstəlik onu yemək üstündə tərk etdikdə insanlar onun şəriətin hökmlərinə etinasiz olduğunu görəcəklər və (oruclu olduğunu) unudan həmin kəs haqqında piz zənn edəcəklər.
---------------------
🄼 🄴 🄽 🄱 🄴 📚“Fətəva Ramədan fis-Siyəm val-Qiyəm val-İtikəf va Zəkətil-Fitr”, 1/227; 
📚Məktəbətu Ədvais-Sələf, Riyad, birinci nəşr: 1418/1998

Hiç yorum yok:

Yorum Gönder