Hallalın rəvayətinə görə ibn-i Abbas (رضي الله عنه) belə dedi:
"Sünnətsizin namazı qəbul olunmaz, kəstiyi yeyilməz"
Vəki dediki: "Sünnətsiz kişi buluğ çağına çatdığı vaxt sünnət olmazsa, şahitlik etməyi caiz olmaz"
İsma bin İsamə'nin rəvayətinə görə ibn-i Abbas (رضي الله عنه) belə demişdir:
"Sünnətsiz kişinin kəstiyi yeyilməz"
Hənbəli deyirki: Əhməd bin Hənbəlin, "Sünnətsizin qurban kəsməsini xoşlamıram" dediyni eşitdim
Yenə Hənbəl başqa bir yerdə İkrimənin, "Sünnətsizin kəstiyi yeyilməz" dediyni ravayət etmişdir Fəqət Həsən əl Basri İkrimənin bu görüşünə qatılmırdı İkriməyə "bəs həcci qəbul olunmur? sualnı verdikdə YOX deyə cavab verdi
Yenə Hənbəlin rəvayətinə görə İmam Əhməd əl Hənbəli belə demişdir: "Sünnətsiz kişi (sünnət olub çirkdən) təmizlənmədikçə onun kəsdiyi yeyilməz. Ayrıca namazıda, həccidə qəbul olunmaz. Halbuki sünnət, Müsəlmanlığı tamamlayır"
Yenə Hənbəlin başqa bir yerdə Əhməd bin Hənbəlin belə dediyni nəqledir: "Sünnətsiz kişi qurban kəsməz. Onun kəstiyi yeyilməz, Namazıda yoxdur"
Abdullah bin Əhməd bin Hənbəli İbn-i Abbas (رضي الله عنه) belə dediyini rəvayət etmişdir: "Sünnətsizin namaz qılması halal deyildir. Onun kəsdiyi yeyilməz; şahitlik etməsidə caiz deyildir." Qatadə deyrki: "Həsən olsaydı bu görüşü qəbul etməzdi"
İshaq bin Mənsur belə dedi: "Əhməd bin Hənbəl'ə sünnətsizin kəstiyi qurbanı soruşdum 'bir problemi yoxdu' dedi"
Əbu Talib deyir ki: "Əhməd bin Hənbəl'ə sünnətsizin kəstiyi qurban soruşuldu; "Bu mövzuda ibn-i Abbas həqiqətən də çox mütəşəddid ( ağır şərtlər irəli sürmüşdü) şəklində cavab verdi"
Fadl bin Ziyad nəql edir: Əhməd bin Hənbəl'ə "sünnətsizin kəstiyi qurbanı soruşdum". Belə dedi: "İbrahim, Həsən və digərlərindən rəvayət edildiynə görə onlar bundan bir problem görmürlərmiş." Ancaq Cabir bin Zeyddən bir rəvayətə görə ibn-i Abbas bunu məkruh görürmüş. Fəqət yaşı irəlləmiş birinin sünnət olması çox məşəqqətlidir. İndi yaşlı bir adam Müsəlman olsa sünnət olmaqdan qorxsa, onun kəstiyi qurban yeməyəcəyik?
Hallal ebus Sehm Əhməd bin Abdullah bin Sabitin belə dediyni rəvayət nəql edir: Əhməd bin Hənbəl'ə "sünnətsizin kəstiyi qurbanı" soruşuldu və İbn-i Abbasın "onun kəstiyi yeyilməz" sözü zikr edildi. Bunun üstünə Əhməd bin Hənbəli "Məncə bu söz müsəlman ailədə doğulmuş kimsələr üçün keçərlidir. Bu vəziyyətdə sünnət olunmaması necə üzürlü görülə bilər? Fəqət yaşı irəlləmiş bir kişi Müsəlman olarsa da sünnət olduğu təqdirdə sağlığının təhlükəyə düşəcəyindən qorxarsa, mənə görə ona icazə var." Əhməd bin Hənbəli sonra insanları qışda sünnət etdirərək bir qisminin ölümünə səbəb olan Basra başçısı ilə Həsən əl Basri'nin arasında olan mövzunu danışdı
Əhməd bin Hənbəli dediki: "Yaşlı bir adam Müsəlman olarsa sünnət mövzusunda canından qorxarsa, məncə onun icazəsi vardır"
___________
İbn Qəyyum əl Cövziyyə رحمه
📚Tuhfetu'l Mevdud Bi Ahkami'l Mevlud 232, 233, 234 (pdf)
Hiç yorum yok:
Yorum Gönder