15 Haziran 2020 Pazartesi

Həsən əl Basri Nuh 10,11,12 ayələri haqqında


Əl-Qurtubi (rahiməhullah) nəql edir ki, 

🔴 bir gün bir kişi Həsən əl-Bəsriyə quraqlıq olması, uzun müddətdir yağışın yağmamasından şikayət etdi.

🔵 Həsən əl-Bəsri ona dedi: “Allahdan çoxlu bağışlama dilə”

🔴 Başqa birisi isə gəlib ondan çox kasıb olmasından şikayət etdi və əlacını soruşdu.

🔵 Həsən əl-Bəsri ona da Allahdan çoxlu bağışlanma dilə” deyərək cavab verdi.

🔴 Müsəlmanlardan biri yenə Həsən əl-Bəsrinin yanına gələrək ona dedi ki, çoxdandadır övladım olmur. Allaha dua et ki, məni övladla ruziləndirsin.

🔵 Həsən əl-Basri isə cavabında ona da “Allahdan çoxlu bağışlanma dilə” deyə nəsihət etdi.

🔴 Başqa bir kişi isə gəlib İmama bostanının quraqlığından, az meyvə verməsindən şikayət etdi.

🔵 İmam Həsən əl-Bəsri eyni ilə həmin adama da Allahdan çoxlu bağışlama diləmisini tövsiyyə etdi.

 Bunu görən tələbəsi ər-Rabi ibn Suheyb 
Ey İmam, insanlar sənə müxtəlif şeylərdən şikayət etdilər ancaq sən onların hamısına bir şeyi - istiğfar etməyi - nəsihət etdin. Bu necə olan şeydir?”

 Həsən əl-Bəsri (rahimahullah) dedi: Mən bunların heç birini özümdən demədim. Uca Allah 📓 Nuh surəsində olan bu ayəsini oxumadınmı?
"Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
O, sizin üzərinizə bol-bol yağış göndərər,
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar"
📓(Nuh 10-11-12)


📚(əl-Qurtubi, təfsir 18/303)

Hiç yorum yok:

Yorum Gönder