⛔️ Son zamanlar bidәt әhli müsәlmanları elm almaqdan uzaqlışdarmaqdan ötәri ortaya belә bir söz atırlar ki:
"Kim kitabdan elm alırsa,onun müәllimi şeytandır" ,Kitabı alimlәrsiz oxumaq olmaz vә sairә.
Çünki bidәt әhli yaxşı çox gözәl bilirki әgәr onların dәrslәrinә qulaq asılmasa vә müsәlmanlar özlәri alimlәrin kitablarına bir başa müraciyyәt etsә bu halda müsәlmanlara HAQQ bәyan olunar vә müsәlmanlarda onları ( o bidәtçi imamları, elm tәlәbәlәrini) TӘRK EDӘR.
Amma әslindә kitablardan elm almaq dinimizә görә heçdә qadağan deyil.
✔️ Bu haqda Şeyx Muqbil 📚"əl-Məxrac minəl-Fitnə" kitabında (səh: 97) deyir:
"فإني أنصح إخواني في الله باقتناء ما استطاعوا من كتب السنة والعكوف عليها"
"Mən qardaşlarıma nəsihət edirəm ki, bacardıqları qədər sünnət kitablarına sahib olsunlar və onlardan ayrılmasınlar."
Daha sonra bu cümlənin üzərinə səhifənin aşağısında qeyd əlavə edərək deyir:
"أما قول القائل : من شيخه كتابه فخطؤه أكثر من صوابه فهذا إذا لم يحسن اختيار الكتاب ولم يراجع أقوال العلماء نحو الحديث"
"Lakin - "kimin şeyxi kitabdırsa xətası doğrusundan çox olar" - sözünü deyənlərə gəldikdə isə bu, düzgün kitabları seçə bilməyənlər və hədis haqqında alimlərin görüşlərinə müraciət etməyənlər haqqındadır."
✔️ Hәmçinin Şeyx Cuhani bu haqda sual verirlәr:
Sual verən: yüksəlik İslam müəssisələrində oxumağa imkanı olmayan elm tələbələri kitablar (oxuyaraq), kassetlər (dinləyərək) və internetdən (istifadə edərək ) elm öyrənməsi caizdirmi?Bizim ölkədə olan bəzi qardaşlar deyirlər, (elm almaq üçün) alimlərin yanında oturmaq zəruridir və kassetləri dinləmək və buna bənzər şeylər kifayət deyil. Allah sizi xeyir ilə mükafatlardırsın.
Şeyx: Bəli, əgər insan elm almaq üçün (alimlərin yanina) səfərə çıxırsa və oların qarşında oturub, (məclislərdə) iştirak edirsə-bu gözəldir.Və əgər onun buna imkanı yoxdursa, onda kassetlərdən, kitablardan və internetdən elmlənmək, eyniylə (alimlərin qarşısında) oturmaq kimidir. Və bu oturma doğru və səhihdir. Amma (o ki qaldı) onların dedikləri sözlərinə, insanın (alimlərin yanında oturmaq üçün) səfərə çıxması vacibdir, bu doğru deyil.Bundan elə çıxır ki (bu sözlərdən elə çıxır ki, alimlərin yanına səfərə çıxmağa imkanı olmayan) onlar cahil qalmalıdır. Lazım deyil və bundan asılı qalmaq, əksinə (elm tələb etməyə) səy göstərməlidir.Allaha həmd olsun, günümüzdə Allah rəhməti ilə müasir vasitələr mövcuddur(kasset, internet və s.)və bu elm tələb edənlər üçün Allahın rəhmətidir. Onlarda (dərslərin) yazılışı, izahları və şeyxlərin şərhləri mövcüddur, sanki onların yanındasan və bu (səs) yazılarından yaxud internetdən əzidə, fiqh və ərəb dili lüğətinin şərhlərini almaqda heç bir bəis yoxdur. Bu gözəldir! Bu cür elm tələb etmək DOĞRUDUR! In şəə Allah. Bəli
📕 dəlil olaraq Ərəbcə və Azərbaycan dilində baxmaq olar https://youtu.be/oXjHAnnUuik

Hiç yorum yok:
Yorum Gönder