22 Haziran 2020 Pazartesi

İNTİHARLARIN SƏBƏBİ NƏDİR?



İntiharların getdikcə artmasının səbəbi nədir? Təbii ki, buna birmənalı cavab vermək mümkün deyil. Çünkü intihar səbəbi şəxsə, həmin şəxsin psixoloji vəziyyətinə, yetişdiyi və hazırda olduğu mühitə, qarşılaşdığı sıxıntılara və bir çox başqa səbəblərə görə dəyişə bilər. Bəs çözüm olaraq nə deyə bilərik?
Bizim inancımız İslam bütün zamanlarda və bütün məkanlarda, insanlığın qarşılaşacağı bütün problemlərə qüsursuz çözüm gətirən yeganə həyat sistemidir. İslama görə hər şeyi yaradan qüvvə var, Allah. Və O Allah heç bir şeyi boşu-boşuna yaratmayıb. Kainatda hər şeyi ən gözəl yaratdığı insan üçün yaradıb. Və həyat sadəcə bu dünyadan ibarət deyil.  Uca Allah insanı imtahan etmək üçün yaratdığı bu dünyada bir çox imkanlar və nemətlər verdiyi kimi, bəzi məhrumiyyətlər və çətinliklər də vermişdir. İmtahana gedən birisi necə yalnışların içərisindən doğrunu seçməklə mükəlləfdirsə, həyat imtahanında da insan yalnışların içərisindən doğrunu seçməlidir. Dünyanın keçiciliyini və bura imtahan üçün göndərildiyimizi bildikdən sonra həyatda çətinliklərin olmasını da normal qarşılamaq lazımdır. İslam, bu həyat imtahanını qazanıb əbədi səadətə qovuşmaq üçün həyatı olduğu kimi qəbul etməyi, sıxıntılara səbr etməyi, nemətlərə də şükr etməyi əmr edir. Həyata materialist məntiqlə baxan birisi qarşılaşdığı sıxıntılara və məhrumiyyətlərə necə və nəyə görə səbr edər? Məsələn şikəst olan birisi əgər həyatı sadəcə bu dünyadan ibarət görürsə necə təsəlli tapıb yaşaya bilər? Ancaq belə birisi İslamın baxış bucağı ilə düşünsə, həqiqi həyatın axirət həyatı olduğunu və səbr etdiyi təqdirdə sonsuz mükafatlara nail olacağını bilsə qəlbi üzüntü yerinə hüzur ilə dolar. Uca Allah möminlərin sıxıntılar qarşısındakı münasibətini bizə bu şəkildə çatdırır:


155-“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver.

156-O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!”deyirlər.

157-Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” 📓(Bəqərə 155-157)


İmanın insana verdiyi hüzuru Rasulullahın sallallahu aleyhi və səlləm bu hədislərində də görürük:


Sizdən biri mal və yaradılışda özündən üstün olan birini görəndə, nəzərini dərhal maddi olaraq aşağı səviyyədə olana çevirsin.” 📚(Buxari, Riqaq 30)

“Həyat şəraiti sizinkindən yaxşı olanlara deyil, daha aşağı olanlara baxın. Çünkü Allahın üzərinizdə olan nemətini kiçik görməməyiniz üçün, bu daha uyğun bir davranışdır.” 📚(Müslim, Zühd 9)

İslam, insanın həyatda qarşılaşdığı sıxıntıların, əziyyətlərin səbr etdiyi təqdirdə onun günahlarının tökülməsinə, Allah qatında dərəcələrinin yüksəlməsinə və axirətdə mükafata nail olmasına səbəb olduğunu bildirmişdir ki, bu möhtəşəm bir təsəlli qaynağıdır. Digər tərəfdən, bir insan tipi düşünün, yaradan inancı yox, təsadüfən var olduğuna inanır, həyatın sadəcə bu dünyadan ibarət olduğunu düşünür. Bu insan niyə bu qədər sıxıntılarla bol olan dünyada yaşamalıdır?! Yemək üçünmü? Qadın üçünmü? Vəzifə və şan şöhrət üçünmü? Madam dünyalıq dəyərlər bunlardır bunlar üçün yaşamağa və sıxıntılara qatlanmağa dəyərmi? Heç bir sıxıntım yoxdur deyən birisi belə hər an sevdiklərini itirmə təhlükəsini düşünsə bu belə onu intihara aparan səbəblərdəndir. Lakin həyat nizamını həyat kitabı olan Qurandan alan insan bu dünyaya imtahan üçün gəldiyini bilər, bu imtahanlar bəzən yoxluq olar bəzən varlıq. Bütün sıxıntılara Allaha dayanaraq sinə gərməyə çalışar. Həyatın Qayəsini dərk etdiyi üçün gerçək həyatın axirət həyatı olduğunu, əsas vəzifəsinin axirətə hazırlıq olduğunu və onu yaradan və ona hər kəsdən yaxın olan Allahın ona intiharı qadağan etdiyini bildiyi üçün bu işdən uzaq durar.
Bəziləri etiraz edə bilər ki, məgər intihar edənlərin hamısı inancsız insanlardırmı? Təbi ki, Xeyr. Lakin intihar etməkləri onların qüvvətli inanc sahibi olduqlarını da göstərməz. Qüvvətli Allah inancı və Quran bağlılığı daşıyan kimsələr həyata fərqli baxdıqları üçün qarşılaşdıqları hər sıxıntının çözümünü Quranda və yeriyən Quran olan Peyğəmbərdə taparlar. Maddi sıxıntınmı var?, xəstəliyinmi var?, Eyyub (aleyhissəlam) mal və can sağlığı daxil dünyalıq olan hər şeyini itirdi. Haqsız yerə zülümmü gördün, Yusuf (aleyhissəlam) bax. Sevdiklərinimi itirdin, Muhammed (sallallahu aleyhi vessellem) yetim olaraq böyüdü, yeddi uşağından altısını özü dəfn etdi. Amma imanın verdiyi hüzur və Allah sevgisi ilə ayaqda qaldılar, insanları haqqa və xeyirə dəvət etdilər. Qısacası şüurlu insanı həyata bağlayan yeganə bağ sağlam Allah və axirət inancıdır, imanın dadıdır. Axirət inancı sağlam fitrətin tələbidir.
Düzdür insanı intihara aparan başqa səbəblər də var. Lakin bütün hallarda gəncliyimizin məhv olmasının altında yatan əsas səbəb mənəvi boşluqdur. Bunda isə gənclərimizin həqiqi İslamı tanımasının və imanın dadını almasının önündə əngəl olanlar günahkardılar

Hiç yorum yok:

Yorum Gönder