➖➖➖➖➖➖➖➖➖➖➖➖
Xəstənin ayaqda durması onun xəstəliyini artırarsa namazını oturaraq qılar. Oturmağa da gücü çatmazsa yanı üstə uzanaraq qılar. Rəsulullah (ﷺ), İmran ibn Hüseynə (رضي الله عنه) demişdir : "Namazını ayaq üstə qıl, buna gücün çatmazsa oturaraq qıl, buna da gücün çatmazsa yanın üstə uzanaraq qıl." 📚(Buxari 1117).
Əgər bu da çətin gələrsə beli üstə uzanaraq qılar, əgər rüku və səcdədən aciz olarsa bunları ima (işarə) ilə yerinə yetirər. [Xəstə şəxs, namazını ; qiyamı rüku kimi (əyilərək) olsa da, ayağa qalxmaq üçün dəstək alsa da, yaxud bir şeyə yastlansa/söykənsə də ayaqda qılar. Gücü çatmazsa və ya zərərdən, xəstəliyin şiddətlənməsindən qorxarsa bunlar istisna hallardır. Oturaraq namaz qılarkən ayaqlarını bardaş qurması müstəhəbdir. Rüku və səcdəyə gedərkən ayaqlarını qatlayar. Bundan acizdirsə yanı üstə uzanaraq qılar, sağ tərəfi üstə uzanması daha fəzilətlidir. Ayaqları qibləyə dönük, beli üstə uzanaraq qılması da səhihdir amma yanı üstə uzanmağa gücü çatarsa bu (beli üstə uzanmaq) məkruhdur. Yanı üstə uzana bilməzsə beli üstə uzanaraq qılması fərzdir. Rüku və səcdədə bacardığı qədər işarə (ima) edər, səcdədə rükuya nisbətən daha çox əyilər. İmadan acizdirsə, onu gözləri ilə edər. ibn Yunus əl-Buhuti, Ravd əl-Murbi]
Huşsuz olunan zaman qaçırılan namazların qəza edilməsi lazımdır. Əgər hər namazı öz vaxtında qılmaq çətin gələrsə zöhr və əsr namazlar, məğrib və işa iki vaxtdan birində cəm edilə bilər. Namaza başlamadan cəm etməyə niyyət edilməli, ikinci namaz qılınmağa başladığı vaxta qədər cəmi lazımlı qılan üzr səbəbi davam etməlidir. İki namazın arası dəstəmaz alacaq qədərindən çox olmamalıdır. [Namazların arasını açma məsələsində örfə müraciət edilir. Örfən qısa sayılan zaman müddəti zərər verməz. Dəstəmaz da qısa bir müddət olduğu üçün burada nümunə olaraq göstərilib. əl-Uddə 1/137]. Əgər cəm etmək ikinci namazın vaxtına gecikdirilərsə (təxirə salınarsa) : ikinci namazın vaxtı girənə qədər üzr davam etməlidir. Birincinin vaxtında hələ vaxt daralmadan (namaz qılacaq qədər bir vaxt qalıbsa) cəm etmək üçün niyyət edilməldir. Cəm etmək namazını qısaltmağı icazəli olan səfəri üçün caizdir. Yağışlı gündə məğrib və işanı cəm etmək icazəlidir
➖➖➖➖➖➖➖➖➖➖
📚 Umdət'ul Fiqh alə Məzhəb'il İmam Əhməd 2/10
Hiç yorum yok:
Yorum Gönder