27 Mayıs 2020 Çarşamba

DUADA SON DƏRƏCƏ QƏRARLI VƏ İSRARLI OLMAQ



🌿İbn Qayyim 📚"Dərd və Dəva" kitabından faydalar.                  t.me/al_furqaann

📌 DUADA SON DƏRƏCƏ QƏRARLI VƏ İSRARLI OLMAQ

✒  Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər ﷺ buyurmuşdur:
"Kim Allahdan istəməzsə, (Allahın) ona qəzəbi tutar."
📚İbn Macə "Sunən" 3827, Tirmizi (3373), Əhməd (2/442 N-9701) və başqaları.

✒  Ənəs bin Məlikdən rəvayət olunan hədisdə Peyğəmbər ﷺ buyurmuşdur:
"Duada acizlik göstərməyin! Dua ilə heç kim məhv olmaz."
📚 Hakim 1/671 (N-1818). İbn Hibban (871) və başqaları. 
  
✒  Övzai nəql edir ki, Zurhi Urva vasitəsilə Aişədən Rasulullahın (ﷺ) belə buyurduğunu rəvayət etmişdir :
"Allah duada israrlı olanları sevər."
📚Uqeyli "Duafa" (4/452), Təbərani "Dua" fəsli (20), İbn Adiy "Əl-Kamil" (7/164).

İmam Əhmədin 📚"Zuhd" kitabında (1756) Qatadədən gələn rəvayətdə Muvarriq demişdir : 
"Möminə yalnız belə bir misal çəkə bilərəm ki, o, dənizin ortasında bir taxta parçasından yapışar kimidi elə bil və bəlkə də izzət və cəlal sahibi olan Allah onu xilas edər deyə "ey Rəbbim!  Ey Rəbbim" -deyərək dua edər."

YƏNİ
👉  İnsan tək olaraq Dənizin ortasında olsa bir ağacdan yapışsa necə qurtuluş üçün necə yalvararsa bax elə yalvarmalıdı.

25 Mayıs 2020 Pazartesi

Siqaret və Qəlyan haramdır!

🚬 Siqaretin və qəlyanın haram olduğunu dediymizdə dəlil istəyirlər (bəzi əqidəvi məsələni heç belə doğruluğnu müdafiə etmirlər sanki siqaretə ibadət edirlərmiş kimi onun haram olmamasını müdafiə edirlər) dəlil
"...özünüzü bilə-bilə oda atmayın..."
ayəsini gətiririk müdafiəçilər deyirlər: o ayənin səbəbi başqadı falan filan boş boş danışıq nəisə söhbəti çox uzatmadan bizim yerimizi "Şeyx Abdürrahman İbn Nəsir əs-Sədi'yə" "Şeyx Muhəmməd ibn İbrahim'ə" buraxırıq
🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬

✍🏼Şeyx Muhəmməd ibn İbrahim deyir:
Siqaret və qəlyan çəkmək haramdır!
📚 [Fətəvə əş-Şeyx Muhəmməd ibn İbrahim, 12/90] 

✍🏼Şeyx Abdurrahmən İbn Nasir əs-Sədi buyurur:
Siqaretin çəkilməsi, alışı və satışı, habelə bu işdə başqasına kömək etmək caiz deyildir! Müsəlmana siqaretin həm çəkilməsi, həm də satılması qadağandır! Bunu edən —digər günahlar kimi- səmimi qəlb ilə Allaha tövbə etməlidir. Buna Kitab və Sünnə dəlalət edir. Siqaret insanın dininə, orqanizminə və büdcəsinə zərər verdiyi üçün haramdır. Əgər sadalağıdımız bu üç şeydən biri olarsa, şəriət onu haram edir. Bəs, elə isə, üçü də bir yerdə olarsa necə?!
📚 [Siqaret çəkməyin şəri hökmü, Dasuq, h.1376]
🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬 🚬
Qeyd: Müdafiəçilər bunu oxuduqları an bu şeyxlərin əqidələrini, şəcərələrini, nəsilini, nəcabətini və.s axtaracaqlar bəlkə nəsə çıxar. )))


BAŞQA FƏTVALAR
Şeyx Abdul Aziz İbn Bəzz buyurur:
Siqaret çəkmək haramdır, çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərgitməlidir. Siqaret çəkənlərlə birliklə məclisdə oturmaq da qadağandır.[2]

Şeyx Useymin buyurur:
– Bizə görə siqaret çəkmək haramdır.[3]


Şeyx Muhəmməd ibn İbrahim buyurur:
– Siqaret və qəlyan çəkmək haramdır! [4]


Böyük muhəddis Muhəmməd əs-Subki buyurur:
– Siqaretin haram olduğu bir həqiqətdir. Haramlığına səbəb isə- onun insan səhhətinə zərərli olmasından dolayıdır. Şübhəsiz ki, zərərli olan bir şey alimlərin icması ilə haramdır. Siqaret nəinki onu çəkənlərə, hətta çəkməyənlərə belə zərər verir. Həmçinin mələklərə də zərər verir.[5]


Şeyx Abdullah ibn Muhəmməd ibn AbdulVahhəb buyurur:
– Rəsulullahın (sallAllahu aleyhi və səlləm) hədislərindən və alimlərin görüşlərindən məlum olur ki, tütün haramdır. Etdiyimiz müşahidələr onu göstərir ki, tütün narkotikə bənzər bir şeydir, ələlxüsus onu çox çəkdikdə baş gicəllənməsi, ürək ağrısı, ürək bulanması və halsızlıq kimi sərxoşluq əlamətləri əmələ gətirir. Sərxoşluq verən şeylərin haram olması isə qəti bir hökmdür.[6]


Şeyx Mustafa əl-Himəmi buyurur:
– Şübhə yoxdur ki, bir çox alimlər siqaretin haram olduğunu söyləmişdir. Ələlxüsus, Qurani-Kərim məclislərində, məscidlərdə, elm məclislərində və s. yerlərdə siqaret çəkməyin haram olduğu vurğulanmışdır. Mənim görüşüm odur ki, siqaret canlarına ziyan vuran hər kəsə haramdır, çünki sağlamlığı qorumaq vacibdir.[7]


Hənəfi alimlərindən olan İbn Abidin buyurur:
– Siqaretin zərərli, israf və faydasız olduğu isbat edilərsə, onun haram olduğu haqda fətva vermək caizdir.[8]


İmam Muhəmməd buyurur:
– Tütün çəkən- onun insanı sərxoş etmədiyini iddia edir. Əgər hətta onun dediyi kimidirsə də, şübhəsiz ki, o keyləşdiricidir və bu da haramdır. İmam Əhməd rəvayət edir ki, Ummu Sələmə (radıyAllahu anhə) buyurur: “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”[9]

Şafii məzhəbinin məşhur kitabında deyilir:
– Tənbəki çəkənə və ya başqasına çəkdirənə, onu satmaq haramdır.[10]

Şafii alimlərindən olan əl-Bəcurri İbn Qasimin əsərinə etdiyi qeyddə buyurur:
– Siqaretin zərərli olduğu isbat edilərsə, o haram sayılar.

Hənbəli alimlərindən olan Abdullah İbn Aluş-Şeyx buyurur:
– Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) və alimlərin söylədiklərini zikr etdikdən sonra, sənə bəyan olur ki, dövrümüzdə çox istifadə edilən tütün haramdır.

Məliki alimlərindən olan Xalid ibn Əhməd buyurur:
– Tənbəki çəkənin, onun və digər sərxoşedici maddələrin alverini edən bir kəsin imam durması caiz deyildir.

Şeyx Zihni buyurur: Siqaret və qəlyan çəkmək haramdır. Müsəlmanlar isə haram, məkruh və şübhəli şeylərdən çəkinməlidir. Hətta dinimizdə qadağalardan çəkinmək, əmrləri yerinə yetirməkdən öncə gəlir.[11]

Əbul Fəruq Suleymən əl-Hilmi buyurur:
– Siqaret çəkmək həm maddi, həm də mənəvi cəhətdən zərərli olduğu üçün haramdır. Haram isə Allahın qadağan etdiyidir…Gün ərzində 25-30 dəfə siqaret çəkənlər, Uca Allaha gün ərzində 25-30 dəfə asi olmuş olur.[12]

Əbul Həsən əl-Misri əl-Hənəfi buyurur:
– Səhih və açıq-aşkar dəlillər tütünün haram olduğunu göstərir. Tütün min illərdən bəridir ki, mövcuddur. İlk dəfə tütün yəhudi, xristian və atəşpərəstlərin yaşadığı məkanlarda üzə çıxmışdır. Sonra onu qərbə özünü həkim hesab edən bir yəhudi gətirmişdir və insanları tütündən istifadəyə təşfiq etmişdir. Anadoluya tütünü bir xristian, Sudan şəhərlərinə isə bir məcusi gətirmişdir.[13]

əş-Şafii buyurur:
– Tütün çəkənin onun sərxoş edici olmadığını iddia etsə belə, o uyuşdurucudur. “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”- hədisinə görə tütün haramdır.[14]

Şeyx Osman buyurur:
– Tütün xəbis bir şeydir… Tütün- “O peyğəmbər onlara …. murdar şeyləri haram edər.”- ayəsinə daxildir.[15]

Şeyx AbdulAziz əd-Dəbbəğ buyurur:
– Tütünün bir çox zərəri olduğu üçün haramdır. O, insanları Allahın zikrindən uzaqlaşdırır, məşğul edir və pis iyi ilə mələklərə əziyyət verir… Mələklərin tərk etdiyi bir yerə isə şeytanlar gələr…[16]

Şafii imamlarından olan İmam Qalyubi tütün çəkməyin haram olduğunu söyləmişdir.[17]

İbni Asir “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”- hədisini bu cür şərh etmişdir:
– Bədənin səhhətini korlayan, gücsüzlük verən və zəiflik əmələ gətirən şeylər…

Muhəmməd əl-Həmid buyurur:
– Şübhəsiz ki, tütün xəbis bir şeydir. Onu çəkən öz əli ilə özünü təhlükəyə sövq edir. Məhz bu səbəbdən onun haram olmasına hökm vermişəm…. Düşünürəm ki, bu haqda varid olan ayə və hədislərə görə o haramdır.[18]

Şeyx Suleymən öz şeirində buyurur:
Tüstüyə tütün adı verərlər,
Çıxsın deyə tüstü verir imana,
İmamlar onu çəkib mehraba girərlər,
Mələklər qaçıb, şikayət edər Rəhmana.

Digər bir şeirdə deyilir:
Sual: Niyə haram olsun ki, yaşıl yarpaq,
Haqqında fətva verdi, Misirli Altıbarmaq*.
Cavab: Niyə halal olsun ki, yaşıl yarpaq?
Mal-Dövləti göz önündə yandırmaq,
Axmaqlıq deyilsə, nədir danqalaq?!
Nə deyək, çəkənlərin zəhəri bol olsunmu deyək?
Yaxud Allah bu illətdən qurtarsınmı söyləyək?!

Şeyx AbdulQani buyurur:
– Tütün – zərərli olduğu halda haramdır.[19]

Məliki alimlərindən olan Əli Əchuri buyurur:
– Tütün- zərər verirsə haramdır.[20]

Hənəfi alimlərindən olan Şeyx Muhəmməd ən-Nihriri buyurur:
– Həkimlərin sözü ilə, həmçinin təcrübə nəticəsində tütünün zərərli olduğunu bilən bir kəsə onu çəkmək haramdır.[21]

Hənbəli alimlərindən olan Şeyx İbn Yusuf Muqaddisi buyurur:
– Tütün zərər verərsə, haramdır.[22]

Cələlul-Həqq kitabında deyilir:
– Tütün zərər verirsə haramdır.[23]

Şeyx Muhəmməd Salih əl-Munəccid buyurur:
– Siqaret çəkmək haramdır, çünki bu- pulu israf etmək, həmçinin insanın səhhəti üçün zərərlidir.[24]

(Üzvləri- AbdulAziz Aluş-Şeyx, Abdullah əl-Ğudeyyən, Salih ibn Fəuzan əl-Fəuzan, Bəkr Əbu Zeyd olan) Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Komitə də siqaretin alınmasını caiz saymamış və bunun qadağan olunması haqqında fətva vermişdir.[25]

– Tütün satmaq haramdır, çünki onda xəbis şeylər var və zərərli təsiri çoxdur.[26]

– Tütünü əkmək , onu satmaq və eləcə də siqaret çəkmək qadağandır. Çünki bu, bir çox səbəbdən, məs. insanın orqanizminə olan zərərli təsirinə görə, xəbis şeylər ehtiva etdiyi üçün və faydasız olduğu üçün- haramdır. Bu səbəbdən, hər bir müsəlmana bu cür əməlləri tərk edib, onlardan uzaqlaşmaq vacibdir. Onu əkməməli və onunla ticarət etməməlidir, çünki Uca Allah haram etdiyi şeylərin, ticarətini də haram etmişdir.[27]

– Tütün zərərli və xəbis bir şey olduğu üçün, siqareti çəkmək və satmaq olmaz, çünki Uca Allah haram etdiyi şeylərin, ticarətini də haram etmişdir.[28]

– Tütün çəkmək də, onu əkmək də, həmçinin onunla ticarət etmək də haramdır. Çünki burada böyük zərər vardır. Hədisdə buyurulur: “Zərər vermək və zərər toxundurmaq olmaz!”
Eləcə də, bu ticarət xəbis bir işdir. Necə ki, Allah (subhənəhu və təalə) Peyğəmbəri (SallAllahu aleyhi və səlləm) vəsf edərək buyurmuşdur:
– O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. (Əraf surəsi, 157)
– Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: Bütün pak nemətlər sizə halal buyurulmuşdur. (Maidə surəsi, 4)[29]

– Tütün və digər haram şeylər — xəbis şeylər sayıldığı üçün, insanın səhhətinə, mənəviyyatına və büdcəsinə zərər verdiyi üçün- onlar ilə ticarət etmək qadağandır.[30]

– Qəlyan və s. bu kimi zərərli şeylər haramdır, çünki bunların insan həyatına zərəri vardır.[31]

– Şübhəsiz ki, siqaret xəbis və murdar bir şeydir. Mala və cana zərərli olduğu üçün, həmçinin faydasız olduğu üçün siqaret çəkmək haramdır.[32]

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

İstifadə edilən mənbələr:
[1]- Siqaret çəkməyin şəri hökmü, Dasuq, h.1376
[2]- Məcəllət əl-Dəuva, 1667
[3]- Fətava Nurun Aləd-Darb
[4]- Fətəvə əş-Şeyx Muhəmməd ibn İbrahim, 12/90
[5]- əl-Mənhəlul Azb əl-Məurud Şərhi Sunənil İmam Əbi Davud, 8/269
[6]- Tənqihul- Həmidiyyə, 6/454
[7]- əm-Məhdətul-İsləhiyyə, səh. 489
[8]- Tənqihul- Həmidiyyə- kitabı.
[9]- Durrul-Muxtar- kitabı, V cild, İçkilər fəsli
[10]- Bəqiyyətul-Mustərşidin- kitabı
[11]- Ni’məti İsləm, səh. 934
[12]- Muhəmməd ibn İbrahim, Şurbud Duxan
[13]- Muhəmməd ibn İbrahim, Şurbud Duxan
[14]- əl-Hələbi, səh. 12
[15]- Şərhul Təlim əl-Mutə’allim U’smən, səh. 122
[16]- əl-Hələbi, səh. 26-27
[17]- Rudud Aləl Əbətil, səh. 371
[18]- Rudud Aləl Əbətil- kitabı
[19]- əs-Sulhu Beynəl İxvan- kitabı
[20]- Ğayətul-Bəyən- kitabı
[21]- Ğayətul-Bəyən- kitabı
[22]- Təhqiqul Burhən fi Şənid Duxan
[23]- Cələlul Həqq fi kəşfi Əhvali Şiraril Xalq
[24]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı
[25]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/64
[26]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/57
[27]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/62
[28]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/63
[29]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/31
[30]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/55
[31]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 26/351
[32]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 22/183

Hənbəli Fikhinə Görə Üzr əhlinin (xəstənin namazı)

➖➖➖➖➖➖➖➖➖➖➖➖
Xəstənin ayaqda durması onun xəstəliyini artırarsa namazını oturaraq qılar. Oturmağa da gücü çatmazsa yanı üstə uzanaraq qılar. Rəsulullah (ﷺ), İmran ibn Hüseynə (رضي الله عنه)  demişdir : "Namazını ayaq üstə qıl, buna gücün çatmazsa oturaraq qıl, buna da gücün çatmazsa yanın üstə uzanaraq qıl." 📚(Buxari 1117).

Əgər bu da çətin gələrsə beli üstə uzanaraq qılar, əgər rüku və səcdədən aciz olarsa bunları ima (işarə) ilə yerinə yetirər. [Xəstə şəxs, namazını ; qiyamı rüku kimi (əyilərək) olsa da, ayağa qalxmaq üçün dəstək alsa da, yaxud bir şeyə yastlansa/söykənsə də ayaqda qılar. Gücü çatmazsa və ya zərərdən, xəstəliyin şiddətlənməsindən qorxarsa bunlar istisna hallardır. Oturaraq namaz qılarkən ayaqlarını bardaş qurması müstəhəbdir. Rüku və səcdəyə gedərkən ayaqlarını qatlayar. Bundan acizdirsə yanı üstə uzanaraq qılar, sağ tərəfi üstə uzanması daha fəzilətlidir. Ayaqları qibləyə dönük, beli üstə uzanaraq qılması da səhihdir amma yanı üstə uzanmağa gücü çatarsa bu (beli üstə uzanmaq) məkruhdur. Yanı üstə uzana bilməzsə beli üstə uzanaraq qılması fərzdir. Rüku və səcdədə bacardığı qədər işarə (ima) edər, səcdədə rükuya nisbətən daha çox əyilər. İmadan acizdirsə, onu gözləri ilə edər. ibn Yunus əl-Buhuti, Ravd əl-Murbi]

Huşsuz olunan zaman qaçırılan namazların qəza edilməsi lazımdır. Əgər hər namazı öz vaxtında qılmaq çətin gələrsə zöhr və əsr namazlar, məğrib və işa iki vaxtdan birində cəm edilə bilər. Namaza başlamadan cəm etməyə niyyət edilməli, ikinci namaz qılınmağa başladığı vaxta qədər cəmi lazımlı qılan üzr səbəbi davam etməlidir. İki namazın arası dəstəmaz alacaq qədərindən çox olmamalıdır. [Namazların arasını açma məsələsində örfə müraciət edilir. Örfən qısa sayılan zaman müddəti zərər verməz. Dəstəmaz da qısa bir müddət olduğu üçün burada  nümunə olaraq göstərilib. əl-Uddə 1/137]. Əgər cəm etmək ikinci namazın vaxtına gecikdirilərsə (təxirə salınarsa) : ikinci namazın vaxtı girənə qədər üzr davam etməlidir. Birincinin vaxtında hələ vaxt daralmadan (namaz qılacaq qədər bir vaxt qalıbsa) cəm etmək üçün niyyət edilməldir. Cəm etmək namazını qısaltmağı icazəli olan səfəri üçün caizdir. Yağışlı gündə məğrib və işanı cəm etmək icazəlidir
➖➖➖➖➖➖➖➖➖➖
📚 Umdət'ul Fiqh alə Məzhəb'il İmam Əhməd 2/10

19 Mayıs 2020 Salı

Bidət nədir və alimlərin bidət əhli haqda sözləri

⚠️ Bidət nədir və alimlərin bidət əhli haqda sözləri

Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.
Peyğəmbər (ﷺ) bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır".
📚 (Əbu Davud, 2188;
📚 ət-Tirmizi, 1105; İbn Məcə, 1892).

Həmçinin demişdir: “Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur”
📚 (əl-Buxari, 2697).


"Ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: “Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar” - deyəcəyəm".
📚 ('l-Buxari, 6583;
📚 Muslim, 2290).

Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim"
📓 (əl-Maidə, 3). Bu ayədə də Rəbbimiz dinin tamamlandığını, kamil olduğunu və yeniliyə ehtiyac olmadığını bildirmişdir

ʙɪᴅəᴛ əʜʟɪ ʜᴀϙᴅᴀ ʙəᴢɪ ᴀʟɪᴍʟəʀɪɴ sᴏ̈ᴢʟəʀɪ

Sabuni (Allah ona rəhm etsin) buyurur: “Sələf imamlarını sevmək Əhli-Sünnənin sifətindəndir. Onlara nifrət etmək isə bidət əhlinin sifətindəndir”.
📚 (əs-Sabuni “Əqidətus-Sələf və Əshabul-Hədis” kitabı).

İmam Əbu Hatim (Allah ona rəhm etsin) buyurur: “Sələfin yolunu təqib edənləri pisləmək bidət əhlinin əlamətlərindəndir”.
📚 (əl-Lələkai, 1/ 179).

Yəhyə ibn Əbi Kəsir (Allah ona rəhm etsin) buyurur: “Bidət əhli ilə yolda qarşılaşsan, başqa yol tut”.
📚 (əl-İbənə, 2/ 475).

İmam Bərbəhəri (Allah ona rəhm etsin) buyurur: “Sən bir kəsin rəhbərə qarşı bəd-dua etdiyini görsən – bil ki, o bidət əhlidir. Əgər bir kəsin rəhbərin islah olunması üçün dua etdiyini görsən bil ki, Allahın izni ilə o Əhli-Sünnədəndir”.
📚 (Şərhus-Sunnə, səh.116).

İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Bidət əhlinin misalı əqrəblərin misalındadır. Əqrəblər başlarını və bədənlərini torpağın altında basdırır, quyruqlarını isə torpaqdan bayırda saxlayırlar. Fürsət düşən kimi sancırlar. Eyni ilə də bidət əhli, onlar da insanların arasında gizlənir, fürsət düşən kimi istədiklərini yayırlar”.
📚 (Tabaqatul-Hənəbilə, 2/ 44).

Bir nəfər İmam Səhnunun (Allah ona rəhm etsin) yanına gələrək deyir: “Bidətlər yayılıb və onun tərəfdarları güc (hörmət) sahibidirlər”. O cavab verərək buyurur: “Sən Allahın bidəti məhv etməmişdən qabaq onu yer üzündə məşhurlaşdırdığını bilmirsənmi?”
📚 (Tərtib əl-Mədarik, səh. 72).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əgər bidət əhli haqda fikirləşsən, görərsən ki, onlar heç bir dəlilsiz-sübutsuz olan iddialardan ibarətdir”.
📚 (Məcmuul-Fətava, 7/ 117).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Bidətçilər - günahkarların ən pisidir, çünki bidətlərini həm Sünnə adlandırırlar, həm də icma olduğunu deyirlər".
📚 (Məcmuul-Fətava, 20/ 103).

İbn Qeyyim əl-Cəvziyyə (Allah ona rəhm etsin) buyurur: "Qəlb təbibləri bidət əhlindən üz çevirməyi, onlara salam verməməyi, üzlərinə gülməməyi və onları qaş-qabaqla və arxa çevirməklə qarşılamağı tövsiyyə etmişlər".
📚 (İbn Qeyyim "İğasətul-Luhfən an Məsayidiş-Şeytan" 1/ 120).

Sən bu sözü imam Şafinin bu sözü ilə əlaqələndir. İmam Şafi (Allah ona rəhm etsin) demişdir: "Fətva tələb edən xəstədir, fətva verən isə təbib. Əgər təbib öz tibbində mahir olmasa xəstəni öldürəcəkdir"
📚 (əl-Fəqih vəl-Mutəfəqqih, 2/ 394)

15 Mayıs 2020 Cuma

Namazda ikən ağzına gələn qanı udan kimsə

🅢🅤🅐🅛: Mən, günorta namazından əvvəl misvak işlətmişdim. Namazın ortasında çox az miqdarda dişimdən qan çıxdığını hiss etdim. Bir şey udmamaqa çalışdım amma edə bilmədim. Namazdan sonra ağzımdaki tüpürcəyin azını çıxarınca həqiqətən qan olduğunu gördüm.Bu vəziyyətdə hökm nədir? Bu günü qəza etməyə bilərəmmi?

🅒🅐🅥🅐🅑: Həmd yalnız Allaha məxsusdur. Bu qanı udmamaq və namazda olduğun halda dəsmal çıxarıb qanı dəsmalın içinə tüpürmək lazım idi. İstəmədən qanı udduğuna görə orucun etibarlıdır. Yox əgər bilərək qanı udmuş isən, bu günü qəza etmək lazımdır.

İbn-i Kudâme -Allah ona rəhmət etsin- bu barədə belə demişdir: “Bir kimsə, ağzından qan gəlir və ya gəyirməkdən ötəri ağzına bir şey gəlirsə onu udarsa, bu şey az da olsa orucu pozur.Çünkü ağız, bədənin görünən qisimi (yəni o şey çöldən ağıza alınmış) hökmündədir.

Əsl olan; ağızdan girib mədəyə çatan hər şey orucun pozulmasıdır.Ancak çəkinmək mümkün olmadığı üçün tüpürcək bundan azad tutulmuşdur. Buna görə tüpürcəyin xaricindəki hər şey əsli üzrə qalar. ”
📚 (Əl-Muğni, c: 4, səh: 356)

Allah Təala ən yaxşı biləndir.

11 Mayıs 2020 Pazartesi

ASUDƏ VAXTINI İNTERNET-də ÖLDÜRƏN ƏSASDA BACILARA NƏSİHƏT!

Sələfi bacıların öz asudə vaxtlarını internetdə keçirərək israf etmələri, onların cəhalətindən qaynaqlanır. Onların bu haqda bilməli olduğu bir neçə məsələ vardır:

Asudə vaxt Allahın nemətidir.

Öncə bacılar bilməlidir ki, asudə vaxt Uca Allahın onlara verdiyi ən böyük nemətlərdəndir. Bu vaxtın israf edilməsi isə bu nemətə qarşı nankorluq, eləcə də dünya və Axirətlərinin itirilməsi deməkdir. Bu bacılar, internetə daxil olmaqla öz vaxtlarını necə keçirmək və onu necə “öldürmək” haqqında düşünür. Şeyx Munəccid bu xüsusda çox gözəl bir söz demişdir: – “Bir çoxları vaxtını özünə düşmən bilib- onu öldürmək istəyir, fəqət onlar bilmir ki, vaxtı öldürməklə, yalnız özlərini öldürürlər.” 


Rasulullah (ﷺ) buyurur: – İki nemət var ki, insanların çoxu onlardan qafildirlər və onları dəyərləndirmirlər: Can sağlığı və Asudə vaxt.[1]

Başqa bir hədisdə buyurur: – Beş şey gəlmədən öncə beş şeyin qədrini bilin: Ölmədən öncə həyatınızın, xəstələnmədən öncə sağlamlığınızın, məşğul olmadan öncə asudə vaxtınızın, qocalıq gəlmədən öncə cavanlığınızın, kasıblamadan öncə zənginliyinizin… [2]

Şeyxul İsləm ibnul Qeyyim əl-Cəuziyyə (rahiməhullah) buyurur: – Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. Zaman çox sürətlə ötür, əsl doğru həyat odur ki, insan bu vaxtını Allaha itaətlə keçirir. Əgər o bu vaxta etinasızlıq göstərib onu israf edirsə, boş əyləncə və xəyallar ilə keçirirsə, onun ölümü bu həyatından daha xeyirlidir.[3]

Həmçinin İbnul Qeyyim (rahiməhullah) buyurur: – Vaxtı (israf edərək) öldürmək, ölümdən daha pisdir, çünki ölüm insanı bu dünyadan və onun əhlindən uzaqlaşdırır. Vaxtı (israf edərək) öldürmək isə, insanı Allahdan və Axirət günündən uzaqlaşdırır. 

– Abid bir kəsə ən əziz şey onun asudə vaxtıdır. Əgər vaxtı boş yerə xərclənərsə, o kədərlənər. Çünki bilir ki, vaxt keçdisə, onu bir daha geri qaytarmaq mümkün olmayacaqdır. [4]


İmam Şəfii (rahiməhullah) buyurur:
– Vaxt qılıncdır, sən onu kəsməsən, o səni kəsəcəkdir. [5]

Şeyx Muhəmməd Salih əl-Munəccid buyurur:
– Allahın bəndələrinə bəxş etdiyi ən böyük nemətlərdən biri – Vaxtdır. Hətta vaxtın mühüm bir nemət olduğundan Allah Qurani-Kərimdə ona and içərək buyurur: “And olsun axşam çağına!”(Asr surəsi, 1) 

Fəqət, çox insan bu nemətin əhəmiyyətindən qafil olub, vaxt ilə əlaqəli olan vəzifələrinə etinasızlıq edirlər. Bu vaxtı itaət və həmd içində keçirməkdə laqeydlik göstərirlər…. Vaxt bu qədər mühümdürsə, demək ki, müsəlmanın asudə vaxtı olmamalıdır. Müsəlman, bir ibadətdən digər bir ibadətə, bir itaətdən də digərinə keçməlidir.

– Hər bir ağıl sahibi olan müsəlman dərk etməlidir ki, o əbədi yaşamayacaq və onun həyatı çox qısadır. O Rəbbi ilə qarşılaşacaqdır. Və ondan gəcnliyi haqda, onu necə keçirdib, nələrə sərf etdiyi haqda soruşulacaqdır. Bu səbəbdən, hər kəs öncəki sələfilərə, öncəki alimlərə baxıb- onlardan ibrət alaraq, öz vaxtını neçə keçirəcəyi haqda düşünsün![6]

Həfiz ibn Həcər (rahiməhullah) öz kitabında ət-Tiybinin (rahiməhullah) belə dediyini rəvayət etmişdir: – Rasulullah (ﷺ) müsəlmanı bir tacirə bənzətmişdir. O tacir ki, sərmayədardır, qazanc əldə etmək və bu qazancını qorumaq istəyir… Bizim sərmayəmiz sağlamlığımız və asudə vaxtımızdır. Biz Allah ilə iman vasitəsi ilə əlaqə qururuq, həmçinin nəfsimizin şərrindən, istəklərindən və dinin düşməni olan şeytandan qorunmalı, ona qarşı vuruşmalıyıq ki, dünya və Axirətdə ən xeyirli olana nail olaq. Bu, məhz Uca Allahın ayədə bildirdiyinə bənzəyir:

– Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? (Səff susəri, 10)

Biz nəfsin əmrlərinə tabe olmayıb, şeytandan uzaq durmalıyıq ki, həm sərmayəmizi qorumuş olaq, həm də qazancımızı itirrməyək! [7]

İbn Aqil əl-Hənbəli (rahiməhullah) buyurur:
– Mən heç bir zaman vaxtımı israf etməzdim. Hətta uzanıb istirahət edərkən, qalxıb nə edəcəyim haqda düşünərdim. Bu mənim elmə həvəsimi artırıb və mənim hal-hazırda səksən yaşım olmasına baxmayaraq, mən iyirmi yaşlı bir kəsdən daha həvəsliyəm.[8]

Son olaraq isə bacılara Uca Allahın bu ayəsi haqda düşünməyi tövsiyyə edirəm:
– İşlərini qurtaran kimi Allah yolunda çalış! (Şərh surəsi, 7)

İstifadə edilən mənbələr:
[1]- Buxari, 12/389/6412; Əhməd, 1/258
[2]- Sahihul-Cəmi, 1077
[3]- əl-Cəvabul Kəfi, səh. 109
[4]- Mədaricus-Salikin, 3/49
[5]- əd-Dəuvad-Dəvau, səh. 250
[6]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı
[7]- Fəthul Bəri kitabı
[8]- əl-Muntəzəm, 9/214

10 Mayıs 2020 Pazar

Şiələrin möhür bidətinə rəddiyyə..!

Namazda möhürün olması və ya alının mütləqən torpağa dəyməsi şübhəsinə cavab olaraq deyirəm :
Şəkk yoxdur ki Allah Rasulu (salləllahu aleyhi və səlləm) həm torpağa, həm həsirə, həm də tərkibi parçadan olan şeylərə Namaz zamanı səcdə edib. Bu Səhih Sünnə ilə sabitdir. Şiə təriqəti isə bu etiqaddadır ki, namazda səcdə zamanı alın mütləqən torpağa ( və ya ağac, həsir ) dəyməlidir. Elə bu səbəbdən həsirə səcdəni qəbul edirlər ama parça hökmündə olan əşyalara yox. Hansı ki bizim səccadələrin əksəri parça hökmündədir. Şübhə yoxdur ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in zamanında evin içi, məscidin içi torpağdan idi. Bu da şiələri çaşdırıb. Əvvalə onu deyim ki, hər iki tərəfin alimləri bu mövqedədir ki, namazda səcdə zamanı 7 əza yerə toxunmalıdır.
Əsrimizin görkəmli Şeyxlərindən biri olan – Şeyx ibn Useymin (rahiməhullah) bu haqda demişdir :

"..Namazda səcdə edərkən səcdə edən insanın həmin yeddi üzvdən hər hansı birini qaldırması icazəli deyil. Çünki Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : 
"..Mənə yeddi sümüyə səcdə etmək əmr olundu. Bunlar : alın ( və sonra burnuna işarə etdi )iki əl, iki diz və iki ayağın aşağıları (aşağı ətraflar)..” [Buxari, 812. Müslim, 490]
Əgər (səcdədə ikən) ayaqlarından birini və yaxud hər ikisini və yaxud əllərindən birini və yaxud hər ikisini, yaxud alnını və ya burnunu və ya bunların ikisini qaldırarsa, bu halda onun səcdəsi səhih deyil (etibarsızdır) və sayılmır. Səcdəsi etibarsız isə bu halda namazı da etibarsız sayılır..”
["Liqa`at əl-bəb əl-məftuh”, Şeyx ibn Üseymin, 2/99 ]

Bu mövzuya bir neçə yöndən cavab vermək olar :
I - Allah Rasulu (salləllahu aleyhi və səlləm) bizə bildirib ki – Namazda nələri etməyənin namazı yoxdur. Məsələn : Fatihəni oxumayanın namazı yoxdur, Dəstnamazı olmayanın namazı yoxdur, Rukuya tam geyməyənin namazı səhih olmaz. və.s
Əgər namazda torpağa səcdə etmək Namazın ruknu olsa idi, mütləq olsa idi, bunu Allah Rasulu (salləllahu aleyhi və səlləm) bizə bildirərdiki : "Səcdədə alnı torpağa dəyməyənin namazı yoxdur” - Sünnədə buna dair bir dəlil yoxdur.

II - Şiələr bizə bu hədisi dəlil gətirirlər ki : "..Yer üzəri mənə səcdəgah qılındı..”
Hədisin əsli belədir :
Əbu Hureyra (radiAllahu anhu) Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in belə dediyini rəvayət edir :
"..Mən altı şeylə Peyğəmbərlərdən üstün edilmişəm : Mənə mənası geniş olan sözlər bəxş edilmişdir, Mənə (düşmənin qəlbinə) qorxu salınmaqla kömək verilmişdir, Qənimət mənə halal edilmişdir, Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir, Mən bütün insanlara (Peyğəmbər olaraq) göndərilmişəm, Mənimlə Peyğəmbərliyə xitam verilmişir.."
[ Hədis səhihdir. Müxtəsər Səhih Müslim : 257. Müslim: 1/ 371/ 523]

İlk öncə hədisi rəvayət edənAllah Rasulu (salləllahu aleyhi və səlləm)-dən ən çox hədis rəvayət eləmiş Əbu Hureyra (radiAllahu anhu)-dur. Bu səhabədən hədis qəbul etməyən və bu səhabəyə "kəzzab” böhtanı atan, "saxtakar hədis dəllalı” adını verən şiə, niyə ondan rəvayət olunan hədisi dəlil gətirir..?!

III – Müvəqqəti razılaşaq. Daha sonra, hədisdə şiələrin dəlil gətirdiyi hissəyə nəzər salaq : 
"..Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir..”
Hədisdə keçən "Yer” sözü ərəbcədən "Ard” olaraq oxunur. Və Quranda da "Ard” sözü "Yer” mənasını verir :
"..Və izə qilə ləhum : Ləə tufsiduu fil-Ardi qaalu innəmə nəhnu muslihun..”
"..Onlara : "Yer üzündə fəsad törətməyin..!”– deyildiyi zaman : "Biz ki, ancaq xeyirxahlıq edənlərik..!”– deyirlər..”
[ əl-Bəqara, 11 ]

Ərəbcədən "torpağ”a isə "turab” deyilir :
"..Ə yəidukum ənnəkum izə mittuhum kuntum turabən və izamən ənnəkum muxracun..”
"..O sizi ölüb torpağ və sür-sümüyə çevrildikdən sonra (dirilib yenidən) çıxarılacağınızımı vəd edir..?”
[Muminun, 35]

Demək hədisdə keçən söz – "torpağ” yox, "yer”-dir ki, bu da insanın ayaq üstə durduğu məkan ona yer sayılır.

IV - Əgər şiələr həmən hədisdəki "yer” sözünə "torpağ” mənası verirlərsə, və buna da israr edirlərsə, o zaman bu hədisə də cavab versinlər :
"..Mənə yeddi sümüyə səcdə etmək əmr olundu. Bunlar : alın ( və sonra burnuna işarə etdi )iki əl, iki diz və iki ayağın aşağıları (aşağı ətraflar)..”
Şiələrə deyəndəki : Niyə möhürü yalnız alın nahiyəvizə qoyursuz..? 
cavab verirlər ki : Əsas alındır. əsas alın dəyməlidir torpağa.
Bu isə həmən hədisə əsasən səhv fikirdir. Çünki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) Səcdənin kamil olması üçün təkcə alını deyil, yeddi əzanı saydı. Və dediki : "Mənə əmr olundu”.
Əgər bu əmrdirsə və Allah Rasulu (salləllahu aleyhi və səlləm) yeddi əzadan birini istisnaya buraxmırsa, və birini digərindən üstün və ya əsas görmürsə demək hər bir əza özlüyündə əsasdır. Və səcdə zamanı bunlardan biri yerə dəymirsə həmən səcdə batildir, səcdəsi batil olanın isə namazı batildir. Sən namazda səcdə halını almaq üçün bu yeddi əzan yerə mütləqən dəyməlidir. Əgər biri dəymədisə etdiyin hərəkət səcdə hökmündə olmur. 
Bir az öncəki hədisdə, Allah Rasulu (salləllahu aleyhi və səlləm) yerin [ şiələrin dili ilə desək – Torpağın ]
pak və Səcdəgah olunduğunu dedi. Və daha sonrakı hədisdə isə Səcdə halını 7 əzaya bağladı və saydı. Belə çıxır ki, əgər şiələr Əbu Hureyranın (radiAllahu anhu) hədisində "Ard” sözünü "torpağ” kimi tərcümə edirlərsə, digər hədisə əsasən məcburdularki tək alınlarına yox, yeddi əzanın hamısına möhür və ya bu kimi əşya qoyulsun. Çünki əgər torpağ səcdəgahdırsa, səcdəgahada lazımdır ki səcdəhalında əmr olunan əzalar qoyulsun. Əzaların birini əsas götürüb, digərlərindən üstün görmək olmaz. Demək şiələrin iki çıxış yolu var :
I - Ya yeddi əzanın yeddsinədə möhür qoyulsun ki, heç bir hədisə zidd olunmasın. 
II - Ya da, etiraf etsinlər ki, qıldıqları namaz batildir. Çünki, yeddi əzanın yeddisidə səcdagah qılınan "torpağa” dəymir. Alından başqa.

V – Deyirlər ki : Yeyilməyən, geyilməyən şeylərə səcdə olunmaz.
Deyirəm ki : Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in dövründə həsirə səcdə edirdilər və eyni zamanda həmən həsirdən özlərinə ayaq geyimi toxuyurdular. Bu geyinilən bir şeyə cavab.
Yeyilməyən bir şey də deyirlərsə, Vallahi torpağla qidalanan nə qədər canlılar var. Hətta şiələrin özləri belə möhürü yeyirlər şəfa niyyəti ilə. Allahu Akbar.

VI - Həqiqətdir ki, o dövrdə məscidin, evin içi torpağ olduğundan, səhralığ çox olduğundan əsasən torpağa səcdə olunurdu. Ama Allah Rasulu (salləllahu aleyhi və səlləm) səcdə etmək üçün özü ilə xüsusi bir əşya gəzdirməyib, nə də Səhabələrinə (radiAllahu anhum) bunu əmr etməyib. 

VII - Əhli Sunnə vəl Cəməa torpağa səcdəni inkar etmir. Namazda yalnız və yalnız alına qoymaq üçün müəyyən bir əşyanı gəzdirməyi inkar edir ki, buda sonradan uydurulmuş bidətdir. Əlhəmdulilləh, haçan səhraya və torpağ olan bir sahəyə düşərik o zamanda ora səcdə edərəm.

VIII - Biz deyəndəki : Təmiz olan hər bir yerə səcdə edə bilərsən.
Onlar şübhə gətirirlər ki : Hamam təmiz olsa səcdə edəcəksən hamamın yerinə..?
Bu cür məntiqsiz suala elə sualnan cavab verirəm :
Ey şiə sənə görə möhür təmizdir. Sən möhürü götürüb hamamda namaz qıla bilərsən..? Alın təmiz yerə dəyəcək, ama sadəcə hamamda qılacağsan..?

Cavab məlumdur, deyəcək ki – YOX. Eləcədə mən də. Şəriətdə namaz qılınması qadağan olan yerlər var ki, o yerlərdə namaz qılmağa nə yerin təmizliyi lazımdır, nədə möhürün olması. Məsələn hamam, dəvələrin saxlandığı yer. və.s

IX - Bizə daha bir əsassız dəlil gətirirlər ki : Səhabələr səcdə zamanı alınlarına daş qoyublar.
Bu da aydın məsələdir ki, Ərəbistan çölləri həddən artığ isti olduğundan, torpağa səcdə etmək çox məşəqqətli olur. Bu səbəbdən dolayı Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in Əshabıda səcdə zamanı torpağ alınların yandırmasın deyə daşı əllərində soyudardılar və səcdə etdikdə alınlarının altına qoyardılar. Eləcədə bəziləri ətəklərini qoyardı yanmasın deyə. Buda zərurətdir. 

X - Və sonda böyük şiə aliminin Musa əl-Musavinin möhür haqqında dediklərini qeyd etmək istəyirəm Musa əl-Musavinin möhür haqqında demişdir :
"..Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər . Hətta şəfa məqsədilə Kərbəla türbəsindən yeyənlər də olur.[ Halbuki, deyirlər ki- Yeyilən şeyə səcdə etmək olmaz – R.F] Heç bilmirəm ki, bu bidət şiə təriqətinə nə vaxt daxil olmuşdur. Nə Rəsuli-əkr əm (səlləlləh u əleyhi və səlləm) nə Əli (radiAllahu anhu) nə də onlardan sonra gələn imamlar Kərbəla türbəsinə heç zaman səcdə etməyiblər ..”
["Əş-şiə va ət-təşih", səh.105]

P.S – Quranda elə ayələr var ki, orada "Ard” sözü bizim dilə "yer” kimi yox, "torpağ” kimi tərcümə olunub. Bu sizi şübhəyə salmasın. Ərəb dili çox zəngin dildir. Elə sözlər var ki, onları ərəbcədən bizim dilə çevirəndə original məna vermir. Buna misal olaraq :
"..Qalə ə`ci-tənə li tuxricənə min ardinə bi sihrikə yəə Musəə..”
"..(Firon) dedi : "Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa..?"
[ Ta Hə, 57 ]

Ayədə ərəbcədən "ard” sözü keçir, ama dilimizə "torpağ” deyə tərcümə olunub. Çünki, bizim dildə "torpağ” sözü həmdə sahib olduğun yer deyilir. Ayədə ki "ard” sözünu olduğu kimi - "yer” – tərcümə etsək, məna bir az keyfiyyətsiz alınacaq. Bu cürə :
"..(Firon) dedi : "Sən öz sehrinlə bizi öz yerimizdən qovub çıxartmağamı gəlmisən, ey Musa..?"
Diqqət et..! Birinci və ikinci tərcümə arasındakı, məna fərqinə. Bizim dil kasad dil olduğundan məcburuq həmən sözü dilimizdə olan başqa bir söz ilə əvəz edək ki, ərəbcədə olan original mənanı özündə cəm etsin. Baxmayarq ki, bizim dilimizə seçdiyimiz söz ərəbcədən tələffüz zamanı ayədə ki söz ilə düz gəlməyə.
Quran ərəbcə nazil olub o cürdə qəbul etməliyik. Sitatın sonu.
Doğrusun Allah bilir.
Və Salləllahu alə nəbiyyinə Muhəmmədin və alə əlihi və sahbihi əcməin.
Əlhəmdulilləhi Rabbil aləmin.
Vəs-Sələm Aleykum və rahmətullahi və bərəkətuhu